Sevgilisi ilə görüntülənən Cennifer Lopez başını yerdən qaldırmadı - FOTOLAR

Sevgilisi ilə görüntülənən Cennifer Lopez başını yerdən qaldırmadı – FOTOLAR
Want create site? Find Free WordPress Themes and plugins.

Gənc sevgilisi Kasper Smartdan ayrıldıqdan sonra bir neçə qısamüddətli münasibətlər yaşayan Cennifer Lopez ötən axşam yeni sevgilisi Aleks Rodrigez ilə birlikdə görüntülənib.

A24.Az xəbər verir ki, cütlük Mayamidə lüks bir restoranda baş-başa yemək yeyiblər. İkili girişdə və çıxışda birlikdə görünməməyə çalışıblar.

Cəsarətli ağ geyim geyən 47 yaşlı Cennifer jurnalislər qarşısında ciddiliyini pozmayıb. Müğənni kameraların işıqlarından təsirlənib, yerə yıxılmamaq üçün gözünü döşəmədən çəkməyib.

Qeyd edək ki, 41 yaşlı keçmiş beyzbolçu Aleks Rodrigez 2002-2008-ci illərdə Clnthia Scurtis ilə evli olub. O, həmçinin məşhur qadınlarla yaşadığı sevgi münasibətləri ilə də gündəmdədir.

Alex daha öncə Madonna, Demi Moore, Cameron Diaz, Kate Hudson kimi məşhurlarla da birlikdə olub.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya, Şou-biznes, Foto xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar