A24 Xeber

Səyahətdə xərcləri azaltmağın – 7 ÜSULU

Səyahətdə xərcləri azaltmağın – 7 ÜSULU
578
20 Mart 2017 - 12:00
1. Həmişə aeroportun “Giriş” qapısından çıxın. “Çıxış” qapısında pusquda durmuş turist ovçularından ancaq bu cür qurtula və daha ucuz nəqliyyat tapa bilərsiniz. Düzdür, bu bəzi yerlərdə mümkün olmaya bilər, amma sınayın və giriş-çıxışla bağlı məcburiyyət olmayan yerlərdə mütləq edin, çox işə yarayır.
2. Yemək üçün yaxşı və ucuz yer tapmaq istəyirsinizsə o bölgədə əsnafın (satıcı, sənətkar və s.) harada yemə yediyini soruşun. Onlar ucuz və yaxşı yerləri tanıyır və həmişə ora gedirlər.
3. Heç vaxt qatar və avtobusların lüks, VİP, yaxud turistlər üçün olanından istifadə etməyin. Bu əvvəldə sizə müəyyən çətinliklər yarada bilər amma daha sonra rahat olacaq və xoşunuza gələcək.
4. Hostellərdə qalın və axşam yeməyinizi özünüz bişirin, həm də oradakı başqa səyyahlarla paylaşın. Bu həm ucuz başa gələcək, həm də dostlar qazanacaqsınız.
5. Yanınızda bələdçi kitab yaxud xəritə olsun. Əvvəlcədən qalacağınız yerləri bir neçə dəfə araşdırın, yollara və ora gedən nəqliyyat vasitələrinə baxın, dəqiqləşdirin. Sizə sərfəlidirmi, deyilmi onu hesablayın.
6. Hava limanında çox pul dəyişməyin, mərkəzə gedəcək qədər – avtobusa, taksiyə vermək üçün dəyişin, qalanını şəhərdə edin. Adətən hava limanlarında pulu ucuz dəyişirlər.
7. Çox yük götürməyin. 20-30  kilodan çox olmasa yaxşıdır. Təyyarəyə minəndə 20 kilodan artıq yük olanda pul ödəməli olursunuz. Həm çox yükünüz olsa onu haradasa qoymağa məcbur olacaqsınız, bu da əlavə xərc ola bilər. Ona görə də uzun müddətli səfərə çıxanda mümkün qədər köhnə, ya da asanlıqla ata biləcəyiniz paltarları özünüzlə götürün.(Samrastravel)
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00