A24 Xeber

Seysmoloji Mərkəzdən KİV-ə zəlzələ xəbərdarlığı

Seysmoloji Mərkəzdən KİV-ə zəlzələ xəbərdarlığı
100
06 İyun 2018 - 12:51

Respublika Seysmoloji Xidmət Mərkəzi mətbuata xəbərdarlıq edib.

“A24.az” xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı məlumat yayıb.

Məlumatda qeyd edilib: “5 iyun 2018-ci il tarixində yerli vaxtla 22:40-da Zaqatala rayonunda baş verən maqnitudası 5.5, episentri 19 kilometr dərinlikdə olan zəlzələyə dair başqa ölkələrin mətbu orqanlarına istinad halları ilə bağlı Mərkəzimizə ünvanlanmış çoxsaylı suallarınızla bağlı bildirmək istəyirəm ki, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən aparılan tədqiqatlar seysmotelemetrik stansiyalar tərəfindən qeydə alınan məlumatlar əsasında aparılır.

Azərbaycan nəinki regionda, ümumiyyətlə MDB məkanında istər aparılan elmi tədqiqatlar, istərsə də məlumatların emalı sahəsində liderdir. RSXM dünyada mühüm beynəlxalq seysmoloji təşkilatların – Birləşmiş Seysmoloji Tədqiqatlar İnstitutu (İRİS) ABŞ, Avropa Seysmoloji Müşahidə və Tədqiqatlar Mərkəzi (ORFEUS),Amerika Geofizika Birliyi (AGB), Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) və Avropa Seysmoloji Komissiyasının (ESC) üzvüdür və həmin təşkilatlarda söz hüquqi var.

Xahiş edirəm zəlzələyə dair məlumatları yayarkən, hansısa təxribatçı xarakterli xarici ölkə mediasına deyil, öz milli mərkəzimizə istinad edəsiniz”.

Azvision.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00