A24 Xeber

Şeyxdən xəbərdarlıq: “Bəzi qruplar Aşurada təxribat törətmək istəyir”

Şeyxdən xəbərdarlıq: “Bəzi qruplar Aşurada təxribat törətmək istəyir”
32
04 Sentyabr 2018 - 13:45

“Bəziləri Məhərrəm ayında sünni-şiə mövzusu ilə, müəyyən fikir ayrılıqları ilə problemlər yaratmağa, təxribat törətməyə cəhd edirlər”.

“A24.az” “Report”a istinadən xəbər verir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Məhərrəm ayının başlanması ilə əlaqədar keçirilən tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu təxribatı yaratmaq istəyənlərin əsas niyyəti dini öz məqsədləri üçün istifadə etməkdir: “Bu da əlbəttə, yolu xaricdən göstərilən və maliyyələşdirilən bəzi qrupların atdığı addımlardır”.

QMİ sədri qeyd edib ki, Azərbaycan cəmiyyəti sünni və şiə ayrı-seçkiliyi salmadan həqiqətin nə olduğunu çox gözəl bilir: “Ölkədə dindarlarla dövlət vəhdəti yüksək səviyyədə qurulub. Əsas çağırışlar dövlətə qulluq və Allaha düzgün ibadət etməklə bağlıdır”.

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00