Şeyxdən xəbərdarlıq: İftara qədər ehsan süfrələrində oturmaq haramdır

Şeyxdən xəbərdarlıq: İftara qədər ehsan süfrələrində oturmaq haramdır
Want create site? Find Free WordPress Themes and plugins.

İftara qədər din xadimlərinin ehsan süfrələrində oturması haramdır, dinə ziddir.

“A24.az” xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Ramazan ayının başlanması ilə bağlı tədbirdə deyib.

A.Paşazadə din xadimlərini bu məsələdə diqqətli olmağa çağırıb. O qeyd edib ki, bu problem mövcuddur və bunun aradan qaldırılması ilə bağlı çağırışlar edilir: “Mən bir daha din xadimlərini bu məsələdə diqqətli olmağa çağırıram”.

Qeyd edək ki, bu il Azərbaycanda Ramazan ayının birinci günü miladi təqvimlə mayın 17-nə, Eydül-Fitr (Fitr bayramı) isə iyunun 15-nə təsadüf edəcək və həmin gün ölkədə bayram namazı qılınacaq.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Din
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar