A24 Xeber

“Shamkir Chess 2018”-də VI turun görüşləri keçirildi

“Shamkir Chess 2018”-də VI turun görüşləri keçirildi
33
26 Aprel 2018 - 1:33

Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2018” turniri davam edir.

Yarışda bu gün VI turun oyunları keçirilib.

Azərbaycanlı şahmatçılardan Teymur Rəcəbov ağ, Şəhriyar Məmmədyarovla Rauf Məmmədov isə qara fiqurlarla oynayıb. Teymurun rəqibi yarışın autsayderlərindən polşalı Radoslav Voytaşek olub. Rəcəbov heç-heçə seriyasını davam etdirib.

Millimizin lideri Şəhriyar Məmmədyarov sonuncu sıradan qurtulmaq üçün Dinq Lirenə qalib gəlməli idi. Lakin qrossmeysterimiz bərabərliklə kifayətlənib. Raufun işi daha çətin olub. “Qaralar”la oynayan Məmmədov turnir cədvəlinin lideri Veselin Topalovla xalı yarı bölüb.

 “Shamkir Chess 2018”

VI tur

25 aprel

Teymur Rəcəbov (Azərbaycan, 2748) – Radoslav Voytaşek (Polşa, 2744) – 0,5:0,5

Sergey Karyakin (Rusiya, 2778) – Maqnus Karlsen (Norveç, 2843) – 0,5:0,5

Veselin Topalov (Bolqarıstan, 2749) – Rauf Məmmədov (Azərbaycan, 2704) – 0,5:0,5

Aniş Giri (Hollandiya, 2777) – David Navara (Çexiya, 2745) – 1:0

Dinq Liren (Çin, 2778) – Şəhriyar Məmmədyarov (Azərbaycan, 2814) – 0,5:0,5

Turnir cədvəli: Topalov – 4 xal; Karlsen, Giri – 3,5; Karyakin, Məmmədov, Rəcəbov, Dinq – 3; Voytajek, Məmmədyarov – 2,5; Navara – 2.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00