“Shamkir Chess 2018”-də VIII turun görüşləri keçirildi

“Shamkir Chess 2018”-də VIII turun görüşləri keçirildi
Want create site? Find Free WordPress Themes and plugins.

Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2018” turniri davam edir.

Yarışda bu gün VIII turun oyunları keçirilib.

Yığmamızın lideri Şəhriyar Məmmədyarov çexiyalı David Navara ilə qarşılaşıb. “Şah” ağ fiqurlarla uğursuzluq zolağından çıxmağa nail olub və rəqibinə qalib gəlib.

Teymur Rəcəbov da bu tur “ağlar”la oynayıb. O, rusiyalı rəqibi Sergey Karyakinlə “sülh” bağlayıb. Millimizin digər üzvü Rauf Məmmədov isə çinli Dinq Lirenə məğlub olub.

 “Shamkir Chess 2018”

VIII tur

27 aprel

Teymur Rəcəbov (Azərbaycan, 2748) – Sergey Karyakin (Rusiya, 2778) – 0,5:0,5

Veselin Topalov (Bolqarıstan, 2749) – Radoslav Voytaşek (Polşa, 2744) – 0:1

Aniş Giri (Hollandiya, 2777) – Maqnus Karlsen (Norveç, 2843) – 0:1

Dinq Liren (Çin, 2778) – Rauf Məmmədov (Azərbaycan, 2704) – 1:0

Şəhriyar Məmmədyarov (Azərbaycan, 2814) – David Navara (Çexiya, 2745) – 1:0

Turnir cədvəli: Karlsen – 5.5; Liren – 5 xal; Topalov, Qiri, Məmmədyarov, Voytaşek, Karyakin, Rəcəbov – 4; Məmmədov – 3.5; Navara – 2.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar