"Shamkir Chess 2018"də qalib müəyyənləşdi

“Shamkir Chess 2018″də qalib müəyyənləşdi
Want create site? Find Free WordPress Themes and plugins.

Mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş “Shamkir Chess 2018” superturnirində son turun görüşlərinə start verilib.

“A24.Az” xəbər verir ki, IX turun mərkəzi qarşılaşması norveçli dünya çempionu Maqnus Karlsenlə çinli Dink Liren arasında oynanılıb.

Görüş 28-ci gedişdə heç-heçə ilə yekunlaşıb. Bununla da 9 oyundan 6 xal toplayan Karlsen “ShamkirChess”də üçqat qalib olub. Çinli qrossmeyster isə 5,5 xalla 2-ci yeri tutub. Hazırda qalan 4 görüş davam edir.

Qələbə şanslarını itirmiş Azərbaycan təmsilçilərindən Rauf Məmmədov ağ fuqurlarla Şəhriyar Məmmədyarovu, Teymur Rəcəbov isə qara fiqurlarla çexiyalı autsayder David Navaranı sınağa çəkir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar