A24 Xeber

Şikayətlərlə gündəmdən düşməyən SIĞORTA ŞİRKƏTLƏRİ – ANALİZ

Şikayətlərlə gündəmdən düşməyən SIĞORTA ŞİRKƏTLƏRİ – ANALİZ
49
02 Avqust 2018 - 16:01

Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2018-ci ilin iyul ayı üzrə analiz işini yekunlaşdırıb.

“A24.az” Media Təqib Mərkəzinə istinadla sığorta şirkətləri ilə bağlı iyul ayı üzrə məlumatları təqdim edir:

2018-ci ilin iyul ayında elektron mətbuatda, yəni sayt və portallarda sığorta şirkətləri ilə əlaqəli 844 xəbər yerləşdirilib. Bunlardan 29-u mənfi, 815-i isə neytral xəbərlərdir. Mənfi xəbərlər Atəşgah Sığorta (19 xəbər – “Atəşgah Sığorta” vətəndaşın sığorta pulunu vermir-ŞİKAYƏT) və Standard İnsurance (10 xəbər – Məşhur sığorta şirkətindən şikayət: “Əzilmiş detalları dəyişmir”) məxsusdur. İyul ayında elektron mətbuatda bu sektorla əlaqəli müsbət xəbər verilməyib.

Xəbər sayına görə sıralama:

1İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi140 xəbər
2AzSığorta94 xəbər
3Atəşgah Sığorta85 xəbər
4Paşa Sığorta71 xəbər
5A-Qroup33 xəbər
6Qala Həyat Sığorta33 xəbər
7Günay Sığorta30 xəbər
8Dövlət Sığorta Kommersiya Şirkəti29 xəbər
9Standard İnsurance29 xəbər
10AXA MBASK Sığorta28 xəbər

Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 55 xəbər dərc edilib. Bunlardan 1-i mənfi, 54-ü isə neytral xəbərlərdir. Mənfi xəbər Atəşgah Sığortaya (1 xəbər – “Atəşgah Sığorta” növbəti dəfə sığorta ödənişindən yayınır) məxsusdur. İyul ayında yazılı mətbuatda bu sektorla əlaqəli müsbət xəbər dərc olunmayıb.

Xəbər sayına görə sıralama:

1İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi23 xəbər
2Paşa Sığorta7 xəbər
3Atəşgah Sığorta5 xəbər
4Dövlət Sığorta Kommersiya Şirkəti3 xəbər
5Paşa Həyat Sığorta3 xəbər
6AXA MBASK Sığorta2 xəbər
7Rəvan Sığorta2 xəbər
8AzSığorta2 xəbər
9Bakı Sığorta2 xəbər
10ATA Sığorta1 xəbər

İyul ayında televiziya kanallarında sığorta şirkətləri haqqında 33 xəbər göstərilib.

Xəbər sayına görə sıralama:

1İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi31 xəbər
2Paşa Sığorta2 xəbər

Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1600 sayt (o cümlədən, 500 gündəlik yenilənən sayt), 12 televiziya  kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.

Əlaqə:

+994 12 409 90 09

+994 51 408 08 88

+994 12 408 08 88

[email protected]

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00