A24 Xeber

Silvester Stalllon “Rocky” üçün ölümcül pəhrizindən danışdı – günə 25 fincan…- FOTOLAR

Silvester Stalllon “Rocky” üçün ölümcül pəhrizindən danışdı – günə 25 fincan…- FOTOLAR
636
24 Mart 2017 - 13:28

Məşhur aktyor Silvester Stallon ulduz kimi parladığı “Rocky” filmi üçün tutduğu ölümcül pəhrizi açıqlayıb.

A24.Az xəbər verir ki, o, “Instagram”da “Rocky 3”-ə aid bir  fotoşəkil paylaşıb. Fotoda Stallon rinqdə başı aşağı dayanıb.

Şəklin altında isə film üçün  həyatını təhlükəyə ataraq tutduğu ölümcül dietdən yazıb.

70 yaşlı amerikalı aktyor kino çəkilişləri ərəfəsində  çox yüksək zülal pəhrizi tətbiq etdiyini qeyd edib və  bunun fiziki və zehni enerjini azaltdığını bildirib.

Ona görə də  çəkiliş zamanı fasilələrdə  beyninə qan getsin və mürəkkəb döyüş xoreoqrafiyasını yerinə yetirə bilsin deyə  başı aşağı dayanıb.

Təhlükəli pəhrizində gündə 25 fincan qəhvə içdiyini qeyd edən aktyor “Yalnız çox kiçik paylar şəklində qəhvəyi düyü yulaf əzməsi yeyirdim, gündə 25 fincan ballı qəhvə içirdim və iki qaşıq ton balığı yeyirdim” – deyə bildirib.

Həmin vaxtlar isə bədənindəki yağ nisbəti 2,9-a qədər düşüb və bu da həyati risk daşıyır.

Stallon “Kənardan baxdıqda yaxşı görünürdüm, amma içəridən çox təhlükəli idi” deyib.

“Rocky” seriyasını altı filmlə tamamlayan Stallon son filmi “Rocky Balboa”nı 60 yaşında çəkib.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00