Şimali Kiprdə Azərbaycan vətəndaşının meyiti tapılıb

Şimali Kiprdə Azərbaycan vətəndaşının meyiti tapılıb
Want create site? Find Free WordPress Themes and plugins.

Şimali Kiprdə Azərbaycan vətəndaşının meyiti aşkar edilib.

“A24.az” xəbər verir ki, bu barədə Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu öz “Facebook” səhifəsində yazıb.

O qeyd edib ki, Azərbaycan vətəndaşı Sabit Qazıyev gecə saat 3 radələrində Şəhid Münür küçəsi, Kofalı yaşayış massivində tək yaşadığı həyət evində ölmüş vəziyyətdə tapılıb. Mərhumun meyiti müayinə üçün Lefkoşa Dr. Burhan Nalbəndoğlu Xəstəxanasına təhvil verilib. Cəsəd üzərində hər hansı bir zorakılıq əlamətləri aşkar edilməyib.

Faktla bağlı polis tərəfindən araşdırma aparılır. Azərbaycan vətəndaşının hansı səbəbdən vəfat etdiyi sabah bilinəcək.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Son Dəqiqə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar