A24 Xeber

Şimali Koreya Ali Xalq Məclisi Rəyasət Heyətinin sədri Azərbaycan prezidentini təbrik edib

Şimali Koreya Ali Xalq Məclisi Rəyasət Heyətinin sədri Azərbaycan prezidentini təbrik edib
22
19 Aprel 2018 - 14:53

Koreya Xalq Demokratik Respublikasının Ali Xalq Məclisi Rəyasət Heyətinin sədri Kim En Nam İlham Əliyevi Azərbaycan prezidenti seçilməsi münasibəti ilə təbrik edib.

A24.Az xəbər verir ki, təbrikdə deyilir:

“Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Bu xoş fürsətdən istifadə edərək, ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin birgə mənafeyimizə müvafiq olaraq möhkəmlənəcəyinə və inkişaf edəcəyinə əminliyimi bildirirəm. Sizə ölkənizin tərəqqisinə və xalqın rifahına yönələn fəaliyyətinizdə böyük uğurlar arzu edirəm”.

A24.Az 

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00