Şimali Koreya amerikalı əsgərlərin sümüklərini geri qaytarır

Şimali Koreya amerikalı əsgərlərin sümüklərini geri qaytarır
Want create site? Find Free WordPress Themes and plugins.

ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen In ilə Sinqapurdakı samitdən sonra Pxenyan hökumətinin Koreya müharibəsində öldürülən amerikalı əsgərlərin sümüklərinin geri qaytarılması üçün işlərə başladığını açıqlayıb.

“A24.az” bildirir ki, Amerikada yayımlanan “Fox” kanalının verilişində iştirak edən və sammitlə bağlı açıqlamalar verən Tramp Kim Çen Inlə baş tutan görüşün sülh və barış yolunda əhəmiyyətli addım olduğunu, nəşləri ölkələrinə verilməyən Amerika əsgərlərinə aid sümüklərin geri qaytarılması işlərinə başladığını bildirib.

Digər tərəfdən sammit zamanı Şimali Koreya heyətiylə əllə salamlaşarkən koreyalı general-leytenanta əsgər salamı verməsiylə bağlı yayılan mübahisələrə Tramp “Kim mənə heyətinin bütün gecəni yatmayıb onu gözlədiyini söyləyəndə mən də hörmətimi göstərmək istədim” deyib.

Müxbir Trampdan sammitin nəticəsiylə bağlı sualına “Zirvədən istədiyimiz hər şeyi aldıq”  cavabını alıb.

Xəbərdə qeyd edilib ki, 1950-1953-cü illərdə Şimali Koreya müharibəsində minlərlə Amerika əsəgəri həyatını itirib. Atəşkəsdən sonra tərəflər arasında sülh müqaviləsi imzalanmadığı üçün təqribən 5300 Amerika əsgərinin nəşi Şimali Koreya tərəfində qalıb.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar