A24 Xeber

Şimali Koreya çətin vəziyyətdə – Beynəlxalq yardım istədilər

Şimali Koreya çətin vəziyyətdə – Beynəlxalq yardım istədilər
25
15 Sentyabr 2018 - 12:08

Birləşmiş Millətlər Təşkilatı (BMT) şiddətli yağışlar və seldən əziyyət çəkən Şimali Koreyanın “beynəlxalq yardım” tələb etdiyini bildirib.

A24.Az xarici mediaya istinadən xəbər verir ki, BMT Baş Katibinin sözçülərindən biri olan Farhan Haq, gündəlik mətbuat brifinqində, Şimali Koreyanın cənubi və şimali Hwanghae bölgələrində şiddətli yağışlar səbəbindən onlarla insanının həyatını itirdiyini və 10 mindən çox insanın seldən əziyyət çəkdiyini bildirib. Minlərlə evin və aqrar sahənin zərər gördüyünü vurğulayan Haq, seldən əziyyət çəkən rayonlarda ərzaq, su, gigiyena və tibbi tələblərin olduğunu və Şimali Koreyanın, BMT-dən beynəlxalq yardım tələb etdiyini açıqlayıb.

Orxan Aslanlı // A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00