A24 Xeber

Cənubi Koreya və KXDR prezidentləri Mun Çje İn və Kim Çen In arasında sərhəddə yerləşən Pxanmuncom kəndində aparılan danışıqların birinci mərhələsi başa çatıb.

“A24.az” “RİA-Novosti”yə istinadən xəbər verir ki, Şimali Koreya lideri və rəhbərlik etdiyi nümayəndə heyəti öz maşınları ilə nahar fasiləsi üçün Pxanmuncom hərbi demarkasiya xəttini keçərək şimala qayıdıb.

Onun avtomobilini qaçan mühafizəçilər müşayiət edib.

KXDR və Cənubi Koreya liderləri Pxanmuncomda görüş zamanı bir-birinin əlini sıxıblar.

Report.az

*****

08:18

Cənubi Koreya prezidenti Mun Çje İn və Şimali Koreya lideri Kim Çen In danışıqlara başlayıblar.

“A24.az”ın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, danışıqlar demilitarizasiya zonasının cənubunda keçir.

Danışıqlar zamanı tərəflər Şimal və Cənubun əlaqələrinin yaxşılaşdırılmasını, sülhü və birləşmənin perspektivlərini müzakirə edəcəklər.

Cənubi Koreya və KXDR prezidentləri Mun Çje İn və Kim Çen In arasında sərhəddə yerləşən Pxanmuncom kəndində aparılan danışıqların birinci mərhələsi başa çatıb. “A24.az” “RİA-Novosti”yə istinadən xəbər verir ki, Şimali Koreya lideri və rəhbərlik etdiyi nümayəndə heyəti öz maşınları ilə nahar fasiləsi üçün Pxanmuncom hərbi demarkasiya xəttini keçərək şimala qayıdıb. Onun avtomobilini qaçan mühafizəçilər müşayiət edib. […]

Şimali Koreya və Cənubi Koreya liderləri danışıqlara başlayıb – VİDEO

65