A24 Xeber

Şimali Koreyanın xarici işlər naziri Azərbaycana gəlir

Şimali Koreyanın xarici işlər naziri Azərbaycana gəlir
43
03 Aprel 2018 - 8:52

Şimali Koreyanın xarici işlər naziri Li Yon Ho çərşənbə axşamı səhər Pxenyandan Pekinə yola düşüb. O, Çindən sonra Azərbaycan və Rusiyaya səfər edəcək.

“A24.az” “RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə çoxsaylı diplomatik mənbələrə istinadən Yaponiyanın NHK teleşirkəti məlumat yayıb.

Məlumata görə, nazir 5-6 aprel tarixlərində Bakıda keçiriləcək Qoşulmama Hərəkatı konfransında iştirak edəcək, ardınca Rusiyaya yollanacaq.

Bununla belə teleşirkət qeyd edir ki, KXDR-dən bununla bağlı rəsmi məlumat hələ ki, daxil olmayıb.

Report.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00