Siqareti tərgidəndən 15 gün sonra nələr olur?

Siqareti tərgidəndən 15 gün sonra nələr olur?
Want create site? Find Free WordPress Themes and plugins.

Siqareti tərgidilməsi 15 gün sonra qan və oksigen dövranının yaxşılaşmasına, ağciyər funksiyasının və tutumunun artmasına köməkçi olur. Siqareti tərgidənlər daha az öksürməyə başlayarlar. Siqaretin səbəb olduğu həddindən artıq mucus get-gedə azaldığından siqaretlə əlaqəli tənəffüs yolu xəstəliklərinin inkişafı ehtimalı da get-gedə azalır.

A24.Az deyerler.org-a istinadən bildirir ki, siqaret tərgidiləndən sonrakı iki həftə ərzində bir çox təsirlər özünü göstərir. Nəfəsin qoxusu sürətlə yaxşılaşır, dişlərdəki ləkələr azalır və siqaret çəkənlərin saçlarında və geyimlərində duman qoxusu yox olur. Artıq siqareti tərgitdikdən sonra duman və qətran hiss orqanlarını əngəlləyə bilmir və dad, qoxu hissi inkişafa başlayır.

Siqareti tərgitmək 15 gün ərzində gözlə görünən təsirlərə səbəb olarkən, sonrakı aylarda və hətta illərdə özünü daha yaxşı göstərməyə davam edir. Ağciyər xərçəngindən ölüm ehtimalına qədər bir çox risk əhəmiyyətli dərəcədə azalır. Siqareti tərgidənlərin ağciyərlərindəki nəfəs tutumunun artması, sonrakı 1 il ərzində koronar ürək xəstəliyi riskini tən yarıya salır. Son siqaretdən sonra 5-15 il ərzində iflic görülmə ehtimalı sıfıra enir. Siqaret çəkməyə davam edənlərdə isə ölümlə nəticələnən problemlər müşahidə olunur.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Sağlamlıq
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar