"Siri" və "Alexa" insan qulaqları ilə eşidilməyən səsli əmrləri BAŞA DÜŞƏ BİLİR

“Siri” və “Alexa” insan qulaqları ilə eşidilməyən səsli əmrləri BAŞA DÜŞƏ BİLİR
Want create site? Find Free WordPress Themes and plugins.

ABŞ-dan olan tədqiqat qrupu rəqəmsal köməkçilərin təhlükəsizliyi ilə bağlı maraqlı təcrübələr keçirdib.

A24.Az xəbər verir ki, alimlər Siri və Alexa-ya əmrləri insan qulağı ilə eşidilməyən tezlikdə veriblər. Bu üsulla cihaz istifadəçisindən gizli olaraq rəqəmsal köməkçilərə siqnallar ötürmək olar. Təcrübə prosesi zamanı alimlər səsli əmrləri musiqi parçalarına və adi danışıq nitqinə inteqrasiya ediblər.

Əmrlərin inteqrasiya olunduğu musiqi parçaları və ya danışıq nitqləri Alexa səsgücləndiricisi və ya iPhonesmartfonunun yaxınlığında işə salındıqda həmin səsli köməkçilər alış-veriş siyahısına hansısa məhsulları əlavə edirdilər. Bununla belə cihazların yanında olmuş insanlar səsli köməkçilərə verilmiş əmrləri eşitmirdilər. Gizli əmrlər üzərindən pul qazanmağın yolu bahalı dəqiqəlik tarifli liniyalara telefon zəngləridir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Texnologiya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar