Sitrus meyvəçiliyinin inkişafına dair Dövlət Proqramı təsdiqlənib

Sitrus meyvəçiliyinin inkişafına dair Dövlət Proqramı təsdiqlənib
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikasında sitrus meyvəçiliyinin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

A24.Az-ın məlumatına görə, Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsi məqsədi ilə Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi hər il, müvafiq olaraq, dövlət büdcəsinin və dövlət investisiya proqramlarının tərtibi prosesində maliyyə vəsaitinin nəzərdə tutulması üçün zəruri tədbirlər görməlidir.

Kənd Təsərrüfatı Nazirliyi isə Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirsin və Dövlət Proqramının icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan prezidentinə məlumat verməlidir.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar