Siyasətçi qadın dayanmadan danışaraq rekorda imza atdı

Siyasətçi qadın dayanmadan danışaraq rekorda imza atdı
Want create site? Find Free WordPress Themes and plugins.

Demokratların ABŞ Nümayəndələr Palatasındakı lideri Nensi Pelosi 8 saatlıq fasiləsiz nitqi ilə rekorda imza atıb.

“A24.az”ın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, 77 yaşlı N.Pelosi çıxışı zamanı fasilə etməyib, yalnız su içib.

N.Pelosi demokrat və respublikaçıları büdcəyə dair razılığa gələrkən immiqrantların problemlərinə biganə qalmaqda günahlandırıb.

Yerli vaxtla saat 10:00-da nitqinə başlayan N.Pelosiyə saat 17:00-da bildiriblər ki, o artıq Konqresin aşağı palatasında fasiləsiz çıxışa görə rekordu yeniləyib. N.Pelosi nitqini saat 18:10-da yekunlaşdırıb.

Bundan əvvəlki rekord konqresmen Ceyms Klarka məxsus olub. O, 1909-cu ildə Nümayəndə Palatasında fasiləsiz 5 saat 15 dəqiqə nitq söyləyib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Maraqlı
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar