Siyavuş Novruzov Aşura gününü keçirmək istəyənlərə səsləndi

Siyavuş Novruzov Aşura gününü keçirmək istəyənlərə səsləndi
Want create site? Find Free WordPress Themes and plugins.

“Azərbaycanda din qanunlarla tənzimlənir. Ölkədə tolerantlıq var, bütün dinlərə eyni münasibətlə yanaşılır”.

“A24.az” xəbər verir ki, bunu jurnalistlərə Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

O qeyd edib ki, qanunla qeydiyyatdan keçən bütün dini icmalar üçün şərait yaradılıb.

Millət vəkilinin sözlərinə görə, bu gün dünyanın hər yerində Azərbaycanda dinlə dövlətin birgə fəaliyyəti nümunə kimi göstərilir.

S.Novruzov əlavə edib ki, Aşura günündə insanların özünü döyməsi, xəsarət yetirməsi, baş yarması qadağan olunur:

“Aşura günü anma mərasimi keçirmək istəyənlər bunu İslama uyğun şəkildə keçirə bilərlər”.

Trend.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Din
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar