A24 Xeber

Siyavuş Novruzov etiraz etdi: “Qız qaçırma insan oğurluğu deyil”

Siyavuş Novruzov etiraz etdi: “Qız qaçırma insan oğurluğu deyil”
77
23 May 2018 - 12:15

“Azərbaycanda adət-ənənələrə görə qız qaçırma var. Bəzən insan oğurluğu ilə qız qaçırmanı eyniləşdirirlər. Hesab edirəm ki, bu, düzgün münasibət deyil”.

“A24.az” bildirir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov “Azərbaycanda ailə modeli: müasirlik və dəyərlər” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

O bildirib ki, qızı zorla qaçırdıqda hansısa tədbir görmək olar: “Qız zorla qaçırıldıqda bunun üçün bir variant tapmaq olar, amma insan oğurluğu ilə qız qaçırmanı eyniləşdirmək düzgün deyil. İnsan oğurluğu tamah məqsədilə edilir”.

S.Novruzov əlavə edib ki, bu gün vətəndaşlar arasında bağlanan dini nikah onlar arasındakı nikahın daha da möhkəmlənməsinə xidmət etməlidir:

“Bu, bir mənəvi dəstəkdir. Gələcəkdə mütləq bir addım atmalıyıq ki, tərəflər arasında nikah müqavilələri də bağlansın. Mülkiyyət münasibətləri, ailmentin verilməməsi, uşaqların valideynlərə göstərilməməsi ilə bağlı rəsmi qurumlara müraciətlər, şikayətlər edilir. Buna görə də nikah müqavilələri bağlanmalıdır. Bəzən görürsən ki, gəlini gətirirlər və onu evdə qeydiyyata salmırlar ki, birdən sabah əmlaka iddiaçı olar. Bu baxımdan nikahdan əvvəl nikah müqavilələrinin bağlanması çox düzgündür”.

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00