Siyəzən və Şabranda yanğınlar söndürülüb - FOTOLAR

Siyəzən və Şabranda yanğınlar söndürülüb – FOTOLAR
Want create site? Find Free WordPress Themes and plugins.

Siyəzən rayonunun Ərziküş və Köhnə Quşçu kəndləri, Şabran rayonunun Zöhrabkənd kəndi yaxınlığında meşəlik ərazilərdə davam edən yanğınların yayılmasının qarşısı alınıb.

“A24.az”ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məumata görə, tüstülənmə davam edir, açıq alov müşahidə olunmur.

Hazırda yanğınların söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Aviasiya dəstəsinin 2 ədəd “Mi-17” helikopteri və “BE-200 ÇS” amfibiya təyyarəsi, Şimal Regional Mərkəzinin şəxsi heyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Rayon İcra Hakimiyyətlərinin əməkdaşları və yerli sakinlərdən ibarət könüllülər yanğınsöndürmə işlərinə cəlb olunub.

Yanğınsöndürmə işləri mürəkkəb relyefli yüksək dağ massivində aparılır. Əlavə məlumat veriləcək.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Son Dəqiqə, Foto xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar