A24 Xeber

Siyəzəndə torpaq sürüşməsi baş verdi

Siyəzəndə torpaq sürüşməsi baş verdi
663
27 Mart 2017 - 16:36

Siyəzən rayonunda yerləşən qədim sürüşmə sahəsində aktivlik qeydə alınıb.
A24.Az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətindən məlumat verilib. Xidmətin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov bildirib ki, son günlərdə Siyəzən rayonunun Sədan kəndində yerləşən qədim sürüşmə sahəsində aktivləşmə olub: “Qədim sürüşmə sahəsində olan aktivliyin tək səbəbi yağan yağışlar olmur. Bu cür sürüşmə sahələrinin aktivləşməsində tektonik proseslərin də mühüm rolu var. Respublika ərazisində olan bütün qədim sürüşmə sahələri bizim tərəfimizdən xəritələşdirilib və həmin xəritələr təsdiq olunub”.
Mütəxəssis paytaxtdakı subasmalarla bağlı vəziyyətdən də danışıb: “Yəni, əvvəlki vəziyyət davam edir. Həmin ərazilərdə kanalizasiya istemləri işləmir, suyun çıxarı yoxdur. Dövlət tərəfindən proqram hazırlanıb ki, kompleks şəkildə mərkəzi kanalizasiya sistemi çəkilsin ki, suyu harasa axıtmaq olsun”.

Report

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00