Siz də “Xeyr” deyə bilmirsiniz?

Siz də “Xeyr” deyə bilmirsiniz?
Want create site? Find Free WordPress Themes and plugins.

-Tez-tez özünüzə hirslədiyiniz vaxtlar olurmu? Ən çox hirslənidiyiniz xasiyyətiniz hansıdır?

-Bir çox insanın oxşar özəlliyi var. O da “xeyr” deyə bilməməkdir. Niyə Bəzi insanlar üçün xeyr deyə bilməmək bu qədər çətindir?

-Qəbul etmək və rədd etmək nə zaman və necə öyrənilir? “Xeyr” deyə bilməmək narahatlıq yaradır?

-Xüsusilə də qadınlar “xeyr” cavabı verməkdə çətinlik çəkirlər. Bunun başlıca səbəbi isə güvənsizlik problemidir.

“Xeyr” deyə bilməməyin arxasında güvənsizlik dayanır.

“A24.az” bildirir ki, Ankara Acıbadəm Xəstəxanasının Psixoloqu Mithat Bülent “xeyr” deyə bilməməyin səbəblərini izah edib.

“Xeyr” deyə bilmək üçün…

“Xeyr” deyə bilməməyin sıxıntısını yaşayan insanlar istəmədikləri vəziyyətə sırf qarşı tərəfi incitməmək üçün “bəli” deyirlər. Ailəmizə, sevgilimizə, iş yoldaşlarımıza və müdirimizə “xeyr” deyə bilmirik və istəmədiyimiz bir hadisəni özümüzü məcbur edərək etməyə çalışırıq. Əslində insan istəmədiyi bir şeyi ilk olaraq özünə söyləməlidir. Daha sonra rədd cavabı olacaqsa, çəkinmədən, düzgün üslubu seçib qarşı tərəfə bildirilməlidir.

“Aman, ayıb olar” deməyin…

Qadınlarda rast gəlinən bu hal tərbiyə üsulu ilə bağlıdır. Bunun səbəbi ailələrin qız və ya oğlan uşaqlarına fərqli davranmalarıdır. Kişi istəmədiyi bir şeyi qadına daha asan şəkildə “xeyr” deyərək rədd edə bilir. Qış uşağı isə istəmədiyi bir şeyi dilə gətirdiyi zaman “ayıb olar, xeyr demə” kimi cümlələrlə müdaxilə edildiyi üçün təəssüflər olsun ki, böyüyəndə qadında özünə olan güvən hissində əksiklik yaranır.

Həll yolu: Şirin dil və düzgün danışıq üslubu…

İnsanlar ümumiyyətlə, ailəsinə, ətrafındakılara və sevdiyi insanlara “xeyr” deyə bilmir. “Xeyr” deyə bilməmək narahatlıq kimi başa düşülməməlidir. İlk olaraq, bu fikir beynimizdən silinməli və “xeyr” dediyimiz zaman günahkar hissindən xilas olmağa çalışmalıyıq. Şirin dil və düzgün danışıq üslubundan istifadə etdikdən sonra “xeyr” deməyin bir qüsuru qalmaz. İş həyatınızda da sizi narahat edən probleminizi bu yolla həll edə bilərsiniz. Xüsusilə də ofis şəraitində və müdirinizlə münasibətlərdə xeyr deməyi öyrənmək sizi rahatladacaq.

Məsələn, “Dodaq boyandan istifadə edə bilərəmmi?” deyən iş yoldaşına istəmədən “bəli” demək yerinə, bunun steril olmadığını və sağlamlıq üçün düzgün bir seçim etmədiyini ifadə edə bilərsiniz. “Xeyr” demək sizi qəlbən narahat edərsə, bu hiss sizdə uzun müddətli daxili hüzursuzluğa yol açar.

Firuzə Alimova / A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Sağlamlıq, Maraqlı
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar