A24 Xeber

“Siz nasistlər kimi davranırsınız” – Ərdoğan

“Siz nasistlər kimi davranırsınız” – Ərdoğan
568
05 Mart 2017 - 23:19

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniyada onu dəstəkləyənlərin mitinqlərinin yasaqlanmasını nasistlərin fəaliyyətinə bənzədib.

A24.Az xəbər verir ki, İstanbuldakı mitinqdə Almaniyanın hakimiyyət dairələrinə xitabən R.T. Ərdoğan deyib: “Sizin demokratiya ilə heç bir əlaqənix yoxdur və bilməlisiniz ki, indiik qərarlarınız nasistlərin fəaliyyətindən heç nə ilə fərqlənmir. Bunu sizə deyəndə sinirlənirsiniz. Niyə hirslənirsiniz ki?!”

Türkiyə prezidentinin bəyanatının səbəbi Almaniyada iki mitinqin yasaqlanmasıdır. Rəsmi Berlin türk əsilli Almaniya vətəndaşı olan jurnalist Deniz Yücelin həbsi ilə bağlı belə addım atıb. Die Welt qəzetinin reportyoru olan 43 yaşlı D.Yücel PKK terror təşkilatını dəstəkləməkdə və təbliğ etməkdə, habelə Almaniyanın xeyrinə casusluq etməkdə suçlanıb

Türkiyədə 1,5 milyonluq türk icması yaşayır.

Almaniya polisindən verilən məlumata görə, mitinqlərin yasaqlanması təhlükəsizliyin təminatı məsələləri ilə bağlıdır.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00