Norveçin məşhur saytı  Elşad Mirinin qadağan olunmuş kitabından yazdı

Norveçin məşhur saytı  Elşad Mirinin qadağan olunmuş kitabından yazdı
Want create site? Find Free WordPress Themes and plugins.

İlahiyyatçı Elşad Mirinin çapı qadağan olunmuş “İslamda Yoxdur” kitabı ilə bağlı “Forum 18 Xəbərlər Xidməti”ndə yazı dərc olunub.

“A24.az” bildirir ki, Norveç-Danimarka-İsveçin təşəbbüsü ilə fəaliyyət göstərən, qeyri-kommersiya xidməti olan “Forum 18 Xəbərlər Xidməti” kitabın ölkədə senzura ilə qarşılaşmasından, Dini Komitənin qadağa ilə bağlı gətirdiyi əsaslardan bəhs edib.

Felix Corley tərəfindən yazılan məqalədə Elşad Mirinin kitabına qoyulan qadağandan söhbət açılıb. Jurnalist ilahiyyatçının dini məzmunlu kitabların Komitənin razılığı olmadan çap edilə bilməməsini qeyd edib. Buna görə də mətbəələr bu razılıq məktubu əldə edilmədən hər hansı dini kitabı çap etmirlər.

Kitabında toxunduğu 7 mövzu isə islamda olmadığı halda insanlara təqdim edilən miflərdir. İlahiyyatçı bildirib ki, kitabının nəşrinə icazə almaq üçün yanvar ayının 15-də dini komitəyə müraciət edib.

Kitab haqqında rəy yazan ekspert isə onun qadağan olunmasına əsas gətirdiyi səbəblərdən birini bu şəkildə izah edib: “Kitabın əsas problemli məqamlarından biri bütün məzhəb alimləri tərəfindən  qəbul edilən peyğəmbərlərin məsumluq sifəti şübhə altına alınmasıdır. Müəllif israrla bəzi ayələrin zahiri mənasına isnad edərək peyğəmbərlərin, əsasən də Məhəmməd peyğəmbərin də günah işlətdiyini, səhvə yol verdiyini bildirir”.

Kitabına qoyulan qadağanın əsassız olduğu deyən ilahiyyatçı “Forum 18”ə bildirib ki, internet mediasının mövcud olduğu dünyada sərbəst düşünməyi kiməsə qadağan etmək düzgün deyil. Ölkədə senzura yoxdur ki, yazdığın bir kitaba qadağa qoyulsun.

Bundan başqa “forum18.org” saytında dərc olunan şikayətdə Elşad Mirinin kitabda toxunduğu mövzular, Cırıyevin kitabla bağlı rəydə yazdıqları, dini komitənin məsələ ilə bağlı açıqlaması, daha əvvəl komitənin Yəhova Şahidləri tərəfindən məhkəməyə verilməsi və qanuni məsələlərə toxunulub.

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Din
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar