“Skype”dan YENİLİK: Zənglərin...

“Skype”dan YENİLİK: Zənglərin…
Want create site? Find Free WordPress Themes and plugins.

“Skype” servisində çoxdan gözlənilən zənglərin yazılması funksiyası əlçatan olub. Yadda saxlanılan səs və videoların surəti “bulud” sistemində saxlanılacaq, bu səbəbdən xidmətin istifadəçiləri istənilən qurğudan onlara giriş əldə edə biləcək.

A24.Az xarici KİV-lərə istinadla xəbər verir ki, danışığı yadda saxlamaq üçün ekranın aşağı hissəsində yerləşən “+” simvoluna sıxmaq və “yadda saxla” seçmək lazımdır. Ekranın yuxarı hissəsində çıxan xüsusi yazı bu barədə xəbərdarlıq edəcək. Proses zamanı bütün iştirakçıların videosu yazılır. Yazılmış məlumat 30 gün ərzində “Microsoft”un serverlərində yadda saxlanılacaq, yalnız bundan sonra silinəcək.

Hazırda “Skype”da zənglərin yazılması funksiyası “Windows 10”dan başqa bütün əməliyyat sistemləri üçün proqramlarda əlçatandır. “Windows 10” üçün də yaxın vaxtlarda əlçatan olacağı gözlənilir.

Yenilənmiş “Skype” servisi zənglərin yazılmasından başqa şifrlənmiş zənglər və istinad üzrə ümumi çata dəvət kimi funksiyalara malik olacaq.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Texnologiya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar