Smartfonlar külək enerjisi ilə doldurulacaq - Yenilik

Smartfonlar külək enerjisi ilə doldurulacaq – Yenilik
Want create site? Find Free WordPress Themes and plugins.

Mobil cihazları enerji ilə doldurmaq üçün günəş enerjisindən istifadə edən enerjidoldurma qurğuları telefonların avtonom iş müddətini artırmaq üçün əla üsuldur.

“A24.az”-ın məlumatına görə, Axşam.az ICTnews-a istinadən xəbər verir ki, ancaq sözügedən elektrik enerjisi mənbəyi günün vaxtından və günəş işığının intensivliyindən çox asılıdır.

Buna görə dizayner Nils Ferber tərəfindən mobil qurğular üçün hazırlanmış yeni enerji mənbəyi elektrik enerjisinin hasili üçün küləkdən istifadə edir.

Dizayner uzun müddət külək enerjisindən elektrik enerjisi hasili üzrə ən səmərəli alət yaratmağa imkan verən müxtəlif qurğu və komponentləri araşdırıb.

Elektrik enerjisinin hasili üçün külək enerjisindən istifadə edən açılıb-bağlanan turbin “Micro Wind” adlanır. N.Ferber belə qurğuların bazarda mövcudluğunu inkar etmir, ancaq onun sözlərinə görə, heç bir sistem belə ölçü, həmçinin sadəlik, yığcamlıq və effektivliyə malik deyil.

Yeni enerji mənbəyi qurğusunun çəkisi 1 kq-dan azdır. Bir neçə komponentdən ibarət olan sadə sistem bir neçə saniyə ərzində qurula bilər. “Micro Wind” turbinin əsas özəlliyi gecə-gündüz işləyə bilmək imkanıdır.

Aydındır ki, çıxış gücü küləyin sürətindən asılıdır və istehsalçı bildirib ki, küləyin sürəti 18 km/saat olduqda turbin 5 vatt daimi çıxış gücü əldə edir.

Dizayner öz qurğusunu təkmilləşdirdikdən sonra bazara çıxarmağı planlaşdırır.

Did you find apk for android? You can find new Free Android Games and apps.

Foto Qalereya:

 
Dünya, Maraqlı
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar