Snayper İŞİD terrorçusunu 3540 m məsafədən deşdi - Ginnesə düşdü

Snayper İŞİD terrorçusunu 3540 m məsafədən deşdi – Ginnesə düşdü
Want create site? Find Free WordPress Themes and plugins.

Kanadanın xüsusi təyinatlı snayperi hərb tarixində yeni rekorda imza atıb. Belə ki snayperdən atılan atəş ən uzaq məsafədən qısa müddətdə hədəfi darmadağın edib.

 A24.Az xəbər verir ki, Kanadanın Birgə İşçi Qrupunun verdiyi xəbərə görə, snayper 2.2 mil və ya 3540 m məsafədən İŞİD döyüşçülərini hədəfə alaraq öldürüb.

Əvvəlki rekord isə Britaniyalı snayperə aid olub. Snayper Kreyq Xarrisə 2009 ildə iki Taliban döyüşçüsünü 2475  metr məsafədən vurub.

Yeni rekordu Makmillan TAC-50 istifadə edib.   a.50-kalibrli silahla şimali İraqda yaşayış binasının üstündən atəş açılıb. Hədəfi vurmaq cəmi 10 saniyə çəkib.

Snayper uzaq məsafəni qısa zamanda necə qət edə bilir?

Güllələrin aerodinamik effetivliyində sürət o qədər də əhəmiyyət daşımır. Hətta snayper gülləsi ilə səsin sürəti birləşsə də, sürət sonda ləngiyir və qeyri-stabil qalır. Amma effektiv dizaynda olan güllə mərmini özündə saxlayır.

The Globe and Mail xəbər verdiyinə görə atəşin dəqiqliyi və məsafəsi videokameraların və başqa vasitələrin köməkliyi ilə yoxlanılıb.

2002 ildə Əfqanıstanda “Anakonda” əməliyatı zamanı kanadalı kapral Rob Furlonq 2430 metrdən, ondan bir həftdə əvvəl isə həmin əməliyatda kanadalı snayper Arron Perri 2310 metr məsafədən rəqibə ölümcül atəş açmışdı.

Kanada ordusu, ABŞ və Böyük Britaniya ordusu ilə müqayisədə kiçik olduğuna baxmayaraq, Qərb ölkələri arasında snayperləri ilə məhşurdu.

Keçmiş ABŞ Ordusunun snayperi Rayan Cleckner Fox News-a məlumat verib ki, atəş açarkən  beş amil nəzərə alınmalıdır.  Məsafə, külək, atmosfer şəraiti və yerin fırlanma sürəti. “Əsas odur ki,  burada məsafə boyu faktiki küləyin sürəti və istiqaməti hesablanıb”.

 

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Gündəm, Maraqlı, Foto xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar