A24 Xeber

SOCAR yeddi neft tankeri aldı

SOCAR yeddi neft tankeri aldı
1. 841
13 Mart 2017 - 9:49

SOCAR ötən ay öz donanmasına 7 ədəd neft tankeri əlavə edib.

“A24.az” “Reuters” agentliyinə istinadən xəbər verir ki, şirkət Aralıq və Xəzər dənizlərində özünün nəqliyyat potensialını genişləndirmək niyyətindədir.

SOCAR-ın törəmə müəssisəsi olan “SOCAR Trading SA” şirkətinin baş icraçı direktoru Arzu Əzimov bildirib ki, tankerlərin əldə olunması şirkətin bazar payı uğrunda apardığı strategiyanın bir hissəsidir: “Logistika üzərində nəzarət ticarət strategiyasının həyata keçirilməsi zamanı üstünlüklər verir”.

Ötən ay bağlanan razılaşmaya əsasən SOCAR 2 ədəd 120 min ton tutumu olan “Suetsmaks” və 5 ədəd 80 min tutumlu “Aframaks” sinifli tanker əldə edib.

A.Əzimov bildirib ki, SOCAR 7 gəmini Türkiyədən əldə edib. O, razılaşmanın dəyərini açıqlamayıb. (APA-Economics)

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00