Soçi konqresindən imtina edən Suriya müxalifətini Türkiyə təmsil edəcək

Soçi konqresindən imtina edən Suriya müxalifətini Türkiyə təmsil edəcək
Want create site? Find Free WordPress Themes and plugins.

Suriya müxalifəti Soçi konqresinə qatılmamağı qərara alıb və konqresdə təmsilçilik səlahiyyətini Türkiyəyə verib.

A24.az Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, diplomatik mənbələrdən alınan məlumata görə, Suriya Milli Dialoq Konqresinə qatılmaq üçün Ankaradan Rusiyanın Soçi şəhərinə gedən Suriyanın müxalifət heyəti hava limanında və konqres mərkəzində rejimə aid plakat və loqolar yerləşdirilməsi səbəbindən tədbirdə iştirakdan imtina edib.

Konqresdə elan olunması gözlənilən Konstitusiya Komissiyasının yaradılması istiqamətində fəaliyyətin Türkiyə tərəfindən izlənəcəyi bildirilir. Bununla bağlı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığı olub.

Xatırladaq ki, Rusiya, Türkiyə və İranın təşkilatçılığı ilə keçirilən tədbirdə iştirak etmək üçün Soçiyə 1500-dən çox nümayəndə gəlib.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar