ŞOK! 13 yaşlı qıza atasının dostu təcavüz etdi

ŞOK! 13 yaşlı qıza atasının dostu təcavüz etdi
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyənin Kiraz bölgəsində 13 yaşlı qıza 49 yaşlı, evli və iki uşaq atası olan şəxs təcavüz edib.

A24.Az Türkiyə mediasına istinadən xəbər verir ki, 6-cı sinifdə oxuyan 13 yaşlı T.K. evdə heç kim olmadığı bir vaxt atasının dostu tərəfindən zorlanıb.

Bildirilir ki, qız bu haqda heç kəsə məlumat verməyib. Evdə anası və nənəsi qızın fizioloji quruluşunda dəyişikliyi görüb, onu həkimə aparıblar. T.K.-nın hamilə olduğu məlum olub. Bundan sonra ailə İzmir Prokurorluğuna müraciət edib.

Psixoloqun iştirakı ilə qız danışdırılıb və bunları bildirib: “Məmməd A. atamın dostuydu. Bir gün atam və anam evdə olmayanda bizə gəldi. Zorla ağzımı yumub, mənə təcavüz etdi. Mənə “səni sevirəm, evlənəcəyik. Kiməsə desən, səni öldürərəm”.

T.K.-nın ifadəsi alındıqdan sonra Məmməd A. həbs edilib. 13 yaşlı qız qınaqdan və təzyiqdən qorunmaq üçün Rayon Sosial Xidmətlər İdarəsinin sığınacağına yerləşdirilib.T.K ailəsi imtina etmədiyi təqdirdə, hüquqi proses yekunlaşana qədər İzmirdə yaşayacaq, təhsilini orada davam edəcək.

Qızın hamiləlik müddəti 20 həftədən az olarsa, abort ediləcək.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya, Kriminal
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar