A24 Xeber

ŞOK İDDİA: Tramp Rusiya agentidir – uşaqları da bu işin içindədir

ŞOK İDDİA: Tramp Rusiya agentidir – uşaqları da bu işin içindədir
69
29 May 2018 - 15:43

Amerika Milli Təhlükəsizlik Agentliyinin keçmiş analitiki Amerikadakı casusların Trampın 2016-cı ildən bu yana Rusiya agenti olduğunu bildirdiklərini iddia edib.

“A24.az” bildirir ki, İngiltərənin “Observer” qəzetindəki sonuncu məqaləsində iddianı ortaya atan şəxs Amerika Milli Təhlükəsizlik Agentliyi NSA-nın sabiq analitiklərindən John Schindlerdir. Keçmiş analitik Amerikalı kəşfiyyat xidmətlərinin prezident Donald Trampla Kreml arasında bu günə qədər daha çox məlumata sahib olduqlarını iddia edib.

Schindler bəzi müttəfiq xarici kəşfiyyat idarələrinin də köməyi ilə Tramp və ailəsinin 2016-cı ildə keçirilən seçki kompaniyasında nəyin izində olduqlarını çox gözəl şəkildə bildiklərini açıqlayıb.

NSA rəsmisi əslində Trampın prezident olması üçün Respublikaçılar Partiyasına üzv olmağı qəbul etdiyi zaman da “əlimizdə Rusiya agentinin olduğunu bilirdik” deyə bildirib.

John Schindlerin dediklərinə görə, NSA rəsmiləri Rusiya hökumət məmurlarından Trampın seçki kompaniyasına köməyiylə bağlı çoxlu sayda ifadə aldıqlarını və Kremlin Trampla haqqında sanki onların oğullarıymış kimi danışdıqlarını qeyd edib.

Bundan başqa keçmiş analitik Tramp və işbirliyi qurduğu şəxslərin 2016-cı ildə keçirilən seçkilərdə Rusiyadan gələn köməyi bildiklərini və bunu qəbul etdiklərini deyib.

Keçmiş analitikin iddialarına görə, Trampın uşaqları da bu işin içindədir. Belə ki, Tramp və övladlarının nə etdiyi, harda və kiminlə olduqları onlara məlumdur.

A24.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00