A24 Xeber

Somali ağır dövrünü yaşayır: 20 milyon insan təhlükədədir

Somali ağır dövrünü yaşayır: 20 milyon insan təhlükədədir
595
23 Mart 2017 - 10:41

BMT-nin məlumatlarına əsasən, Somali, Cənubi Sudan, Nigeriya və Yəməndə ümumi olaraq 20 milyon insan qıtlıq səbəbindən ölüm təhlükəsiylə üz-üzə qalıb.

“A24.az” “din.az” saytına istinadən xəbər verir ki, qıtlığın hökm sürdüyü Somalidə minlərlə şəxs ölkənin cənub şərqindəki Baydoa düşərgəsinə çatmaq üçün kilometrlərlə məsafə qət etmək məcbriyyətində qalır. BMT Somali ilə yanaşı Cənubi Sudan, Nigeriya və Yəməndə ümumi 20 milyon insanın qıtlıq səbəbindən ölüm təhlükəsiylə qarşılaşdığını açıqlayaraq bu vəziyyətin “misilsiz” qlobal böhrana səbəb olduğunu qeyd edib. Somalidə 2011-ci ildə baş verən qıtlıqda 250 000 insan ölmüşdü. Bir çoxlarının fikrincə, bu günkü vəziyyət 2011-ci ildə olandan daha pisdir.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00