Somalidə ABŞ hərbçisi həlak olub, daha 4-ü yaralanıb

Somalidə ABŞ hərbçisi həlak olub, daha 4-ü yaralanıb
Want create site? Find Free WordPress Themes and plugins.

Somalidə “Əş-Şabab” terror qruplaşmasına qarşı aparılan əməliyyat zamanı ABŞ hərbçisi həlak olub, daha 4-ü yaralanıb.

Bu barədə BBC xəbər verib.

Məlumata əsasən, insident ölkənin cənub-qərb hissəsində qeydə alınıb. Hərbçilər odlu silah və minaatanlardan atəşə tutulub.

 ABŞ-ın Somalidəki 500 nəfərlik hərbi kontingenti yerli birləşmələrin hazırlanması ilə yanaşı “Əş-Şəbab” terror qruplaşmasına qarşı əməliyyatlar aparır.

Qeyd edək ki, “Əl Qaidə” qruplaşması ilə əlaqəli olan “Əş-Şəbab” Somalidə terrorçu fəaliyyətlə məşğuldur. Qruplaşma ölkənin hakimiyyət orqanlarına qarşı silahlı mübarizə aparır. //apa

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar