A24 Xeber

Somalidə hərbi bazaya hücum zamanı 27 əsgər öldürülüb

Somalidə hərbi bazaya hücum zamanı 27 əsgər öldürülüb
18
23 İyul 2018 - 17:53

Aş-Şabab terror qruplaşmasının yaraqlıları Somalinin cənubunda yerləşən hərbi bazaya silahlı hücum ediblər.

A24.Az xəbər verir ki, bu haqda məlumatı “Reuters” agentliyi yayıb.

Agentliyin məlumatına görə, hadisə Kismayo şəhərinin cənubunda baş verib. “Hələlik hadisə ilə bağlı ətraflı məlumatımız yoxdur”, – deyə Somali ordusnun nümayəndəsi Majo Mahmud Aden deyib. O qeyd edib ki, artıq bazaya “yardım göndərilib”. “Reuters” agentliyinin nmüxbiri isə qeyd edib ki, yaraqlılarla hərbçilər arasındakı toqquşmada ən azı 27 Somalı əsgəri həlak olub.

Orxan Aslanlı // A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00