Son 3 ayda Azərbaycanda 7 ana ölümü  qeydə alınıb 

Son 3 ayda Azərbaycanda 7 ana ölümü qeydə alınıb
Want create site? Find Free WordPress Themes and plugins.

“Bu ilin 3 ayı ərzində Azərbaycanda 7 ana ölümü faktı qeydə alınıb”.

A24.Az  xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Doğuşayardım Komissiyasının sədri, Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu Sevinc Məmmədova deyib.

O bildirib ki, son iki ilin müvafiq dövrü ilə müqayisədə yüksək deyil:

“Əsas səbəblər baş beyində qan sızması, ürək xəstəliyi, böyrək və qaraciyər çatışmazlığı, endokrinoloji patologiyası olan piylənmə və s. olub”.

O qeyd edib ki, bu il baş verən ana ölümləri ilə bağlı 12 tibb işçisi töhmət olunub, hətta həbs olunan da var:

“Keçən il ümumilikdə 20 ana ölümü olub. Buna görə 50-dən artıq tibb işçisi inzibati tənbeh tədbirlərinə cəlb olunub. Burada həm dövlət, həm də özəl tibb müəssisələri var”.

A24.Az 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Sağlamlıq
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar