Son 72 saat: Qətər qəbul etməzsə, Ərəb körfəzi qan gölünə dönəcək

Son 72 saat: Qətər qəbul etməzsə, Ərəb körfəzi qan gölünə dönəcək
Want create site? Find Free WordPress Themes and plugins.

Qətərə embarqo tətbiq edən 4 ölkənin Bəhreyndə hərbi baza qurmağı planlaşdırdığı iddia edilir.

A24.Az xəbər verir ki, Misirin “Əl-Ehram Əl-Ərəbi” jurnalının internet saytında yer alan xəbərə görə, Qətər Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn və Misirin tələblərini 72 saat ərzində yerinə yetirməsə, bu ölkələr bəzi tədbirlərə əl atacaq.

Bəzi yuxarı dairələrdən əldə edilən məlumata görə, iqtisadi embarqonu genişləndirmək, Qətərin Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) üzvlüyü ilə embarqo tətbiq edən ölkələrdə varlıqlarını dondurmaq həmin tədbirlər arasında yer alacaq.

Bu çərçivədə Bəhreyndə hərbi baza qurmaq da nəzərdə tutulur.

Sözügedən tədbirlərin həyata keçiriləcəyi təqdirdə, Misir ilk dəfə Körfəz regionunda hərbi varlığa sahib olacaq.

A24.Az

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Son Dəqiqə, Gündəm, Dünya, Siyasət, Foto xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar