SON DƏQİQƏ! Bakıda güclü partlayış baş verdi – VİDEO - YENİLƏNİB

SON DƏQİQƏ! Bakıda güclü partlayış baş verdi – VİDEO – YENİLƏNİB
Want create site? Find Free WordPress Themes and plugins.

 

Bakı metrosunun “Həzi Aslanov” stansiyası yaxınlığında güclü partlayış baş verib.

A24.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkə istifadəçiləri məlumat yayıb.

Məlumata əsasən, partlayış Radioquraşdırma zavodu ərazisində qeydə alınıb.

Partlayışdan sonra yanğın başlayıb.

Hazırda həmin əraziyə yanğınsöndürənlər cəlb olunub.

Partlayış baş verən ərazinin yaxınlığında yanacaq doldurma məntəqəsinin də olduğu bildirilsə də, orada hər hansı yanğın hadisəsinin baş vermədiyi bildirilir.

Hadisə yerində olan müxbirimizin verdiyi məlumata görə, ərazi tam polis və FHN əməkdaşlarının nəzarətinə götürülüb.

Əraziyə əlavə yanğın söndürmə və təcili tibbi briqadaları çağırılıb.

Hadisə nəticəsində ölən və yaralananların olması və dağıntı barədə ilkin məlumat yoxdur.

Hazırda ərazidə qatı tüstü müşahidə olunur.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Son Dəqiqə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar