A24 Xeber

SON DƏQİQƏ: Dağlıq Qarabağdakı hərbi qüvvələr İrəvana yeridilir

SON DƏQİQƏ: Dağlıq Qarabağdakı hərbi qüvvələr İrəvana yeridilir
69
02 May 2018 - 16:14

Ermənistan ərazisində internet və mobil rabitəyə məhdudiyyət qoyulub.

“A24.az” xəbər verir ki, mayın 1-də Ermənistan parlamentində keçirilən və nəticəsiz başa çatan iclasdan dərhal sonra hazırkı hərbi-siyasi rəhbərlik xalqın etiraz səsini yatırmaq və hakimiyyəti əldə saxlamaq məqsədilə Ermənistan ordusunun Dağlıq Qarabağda yerləşən qanunsuz hərbi birləşmələrinin bir hissəsini İrəvana yeritmək qərarına gəlib.

Bu məqsədlə dünən gecə saatlarından başlayaraq Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən 538-ci motoatıcı briqada və 18-ci motoatıcı diviziyanın bölmələri Kəlbəcər-Vardenis-Sevan-Yerevan və Cəbrayıl-Gorus-Vedi-Yerevan marşurutları üzrə Ermənistan istiqamətində hərəkət edir.

Bu gün səhər saatlarında Ermənistan Müdafiə Nazirliyinin əhaliyə ölkə ərazisində hərbi daşınmaların maneəsiz hərəkətinin təmin edilməsi barədə etdiyi müraciətə baxmayaraq, İrəvan şəhərinə Kanaker, Nubaraşen və Eçmiadzin istiqamətlərindən daxil olan yollarda girişlər etirazçılar tərəfindən bağlı saxlanılır.

Eyni zamanda Ermənistan hakimiyyəti tərəfindən ölkədəki internet provayderləri və mobil rabitə operatorlarının fəaliyyətinə də məhdudiyyət qoyulub.

Ordu.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00