A24 Xeber

SON DƏQİQƏ: Sabiq vergilər naziri Fazil Məmmədov infarkt keçirdi – YENİLƏNİB

SON DƏQİQƏ: Sabiq vergilər naziri Fazil Məmmədov infarkt keçirdi – YENİLƏNİB
1. 199
05 Aprel 2018 - 19:20

Xəbər verdiyimiz kimi, sabiq vergilər naziri Fazil Məmmədov dünən axşam saatlarında infarkt keçirib.

A24.Az-a daxil olan məlumata görə, Mərkəzi Gömrük Hospitalına çatdırılan sabiq Vergilər naziri Fazil Məmmədova ilkin yardım göstəriləndən sonra, öz xahişinə əsasən, oradan Gəncə şəhərinə aparıb Gəncə Beynəlxalq Hospitalına yerləşdiriblər.

Qeyd edək ki, Nizami yurdundakı həmin özəl tibb müəssisəsinin faktiki sahibinin F. Məmmədovun özü olduğu bildirilir. Bu hospitalın baş həkimi də sabiq nazirin qohumu İlyas Həsənovdur.

Habelə məlumat verilir ki, Fazil Məmmədov işdən çıxarılandan sonra artıq 2-ci dəfədir ki, Gəncədəki Hospitala müraciət edir.

***

16:57

Dünən axşam saatlarında sabiq vergilər naziri Fazil Məmmədovun qəfildən ürəyi tutub.

A24.Az-a etibarlı mənbədən verilən məlumata görə, sabiq nazir Mərkəzi Gömrük Hospitalına  yerləşdirilib.

Fazil Məmmədovun vəziyyəti barədə heç bir məlumat verilmir.

Qeyd edək ki, sabiq nazirin özündən əvvəl qardaşı da Mərkəzi Gömrük Hospitalına yerləşdirilib. Onun hansı səbəbdən xəstəxanaya çatdırılması barədə heç bir məlumat yoxdur.

A24.Az 

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00