SON DƏQİQƏ! Prezident yeni məmur təyin etdi-FOTO

SON DƏQİQƏ! Prezident yeni məmur təyin etdi-FOTO
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini vəzifəsinə təyinat olub.

A24.az xəbər verir ki, bu barədə Agentliyin Kommunikasiya və İnformasiya Texnologiya şöbəsindən məlumat verilib.

Məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyev 14 fevral 2018-ci il tarixli 3673 saylı sərəncamı ilə Rüfət Bünyat oğlu Rüstəmzadəni Agentliyin sədr müavini vəzifəsinə təyin edib.

Rüfət Rüstəmzadə 1975-ci ildə Bakı şəhərində anadan olub. Ali təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində alıb. Əmək fəaliyyətinə 1996-cı ildə başlayıb. 1996-2002-ci illərdə illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dünya Bankının İnstitusional Quruculuğa Birinci Texniki Yardım Layihəsinin işçi qrupunda müxtəlif vəzifələrdə çalışıb. 2002-2007-ci illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dünya Bankının İnstitusional Quruculuğa İkinci Texniki Yardım Layihəsinin işçi qrupunun direktoru olub.

2007-2010-cu illərdə “Caspian Biznes Consaltinq” MMC-nin idarəedici tərəfdaşı, 2010-2013-cü illərdə isə Liviya – Azərbaycan QSC-nin İdarə Heyətinin sədri kimi əmək fəaliyyətini davam etdirib. 2014-cü ildə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdir müavini və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Strateji planlaşdırma və beynəlxalq layihələr şöbəsinin müdiri vəzifələrində çalışıb. Rüfət Rüstəmzadə daha sonra Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi vəzifəsində işləyib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar