A24 Xeber

Növbəti iki günün hava proqnozu açıqlanıb

Növbəti iki günün hava proqnozu açıqlanıb
36
02 May 2018 - 11:46

 Azərbaycan ərazisində növbəti iki gündə müşahidə olunacaq hava proqnozu açıqlanıb.

A24.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova açıqlamasında mayın 3-də əksər rayonlarda hava şəraitinin əsasən yağmursuz keçəcəyini deyib.

“Lakin gündüz bəzi qərb rayonlarında qısa müddətli yağış yağacağı ehtimalı var. Növbəti günlərdə ölkə ərazisində havanın temperaturunda mühüm bir dəyişiklik gözlənilmir”.

Onun sözlərinə görə, mayın 4-ü gündüzdən etibarən hava şəraitinin arabir yağışlı olacağı gözlənilir.

Direktor qeyd edib ki, növbəti iki-üç gündə ölkə ərazisində şərq küləyi əsəcək.

(Report)

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00