SON XƏBƏR: Hacıbala Abutalıbovun idarəsində bu qurum ləğv edildi

SON XƏBƏR: Hacıbala Abutalıbovun idarəsində bu qurum ləğv edildi
Want create site? Find Free WordPress Themes and plugins.

Bakı Şəhər İcra Hakimiyyətinin strukturu olan Reklam və İnformasiya İdarəsi ləğv olunduğunu elan edib.

Lent.az xəbər verir ki, kreditorlar tələblərini 2 ay ərzində Səbail rayonu İstiqlaliyyət küçəsində yerləşən Bakı şəhər İcra Hakimiyyətinə bildirə bilərlər.

Qeyd edək ki, keçən il dövlət başçısının sərəncamı ilə Dövlət Reklam Agentliyi yaradılıb.

Bakı Şəhər İcra Hakimiyyətinin strukturuna daxil olan Reklam və İnformasiya İdarəsi isə qanunvericiliyə müvafiq olaraq, Bakı şəhəri ərazisində reklam və informasiya siyasətinin həyata keçirilməsi, küçə reklam daşıyıcılarına nəzarəti həyata keçirən dövlət orqanı funksiyasını yerinə yetirirdi.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar