Sorosdan dünyanı qorxuya salan açıqlama - Böhran gəlir

Sorosdan dünyanı qorxuya salan açıqlama – Böhran gəlir
Want create site? Find Free WordPress Themes and plugins.

Dünya Avropa Birliyinin (AB) liderliyində növbəti beynəlxalq maliyyə böhranına doğru gedir.

A24.Az xəbər verir ki, bu açıqlamanı amerikalı milyarder Corc Soros Fransada qatıldığı Avropa Xarici Əlaqələr Konseyində çıxışı zamanı deyib.

“İran ilə nüvə razılaşmasının ləğvi və Transatlantik Birliyinin dağılması ərəfəsindəyik. Bütün bunlar Avropa Birliyinin iqtisadiyyatına ciddi təsir edəcək”, – deyə Soros bildirib.

O, hazırda AB-nin miqrant, Brexit (İngiltərənin AB-dən imtinası – red.) və böhrandan çıxma siyasəti kimi 3 əsas problemlə qarşı-qarşıya olduğunu açıqlayıb.

Soros, həmçinin güclənməkdə olan dolların digər ölkələrin milli valyutalarının bahalaşmasının qarşısını aldığını söyləyib.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, İqtisadiyyat
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar