Sosial mənzillərin satışı növbəti dəfə baş tutmadı

Sosial mənzillərin satışı növbəti dəfə baş tutmadı
Want create site? Find Free WordPress Themes and plugins.

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) vətəndaşlara müraciət edib.

“A24.az” xəbər verir ki, MİDA-dan verilən məlumata görə, müraciətdə deyilir ki, bu gün saat 11:00-da Agentliyin layihəsi olan Yasamal Yaşayış Kompleksində mənzillərin təkrar güzəştlə satışı baş tutmayıb. Buna səbəb vətəndaşlar tərəfindən satışın həyata keçirilməsi üçün “Elektron hökumət” portalında (e-gov.az) yaradılmış “Güzəştli mənzil” sisteminə çoxsaylı girişlər nəticəsində sistemin işində yaranan problem olub.

Müraciətdə o da bildirilir ki, mənzil seçimi prosesi bu gün saat 15:00-dan etibarən aktivləşdiriləcək.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar