Sosial mənzillərlə bağlı YENİLİK - Sabahdan etibarən yeni prosesə start verilir - VİDEO

Sosial mənzillərlə bağlı YENİLİK – Sabahdan etibarən yeni prosesə start verilir – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Sosial mənzillərlə bağlı vətəndaşların daha ətraflı məlumatlandırılması üçün sabahdan etibarən yeni prosesə start verilir.

A24.Az xəbər verir ki, vətəndaşların məlumatlarındırılması “MİDA” MMC əməkdaşları tərəfindən Bakı şəhərindəki 1, 3 və 5 saylı “ASAN Xidmət” mərkəzlərində həyata keçiriləcək.

“ASAN Xidmət” mərkəzlərinə gələ bilməyənlər, bölgələrdə yaşayan insanların da məlumatlandırılması diqqətdə saxlanılıb.

Hazırda güzəştli mənzil elektron sisteminin əsasnaməsinin hazırlanması istiqamətində işlər davam etdirilir. “MİDA” MMC-nin sərəncamında olan mənzillərin güzəştlə əldə edilməsini təmin etmək məqsədilə 1 may 2017-ci il tarixindən etibarən “elektron hökumət” portalında çalışacaq “güzəştli mənzil” sistemi 2 pilləli olacaq.

2-ci mərhələdə vətəndaş satışa çıxarılan mənzillər barədə şəxsi elektron kabineti vasitəsilə də bildirişlər alacaq, mənzillərin yerləşdiyi yaşayış kompleksi, binalar və mənzillərin interyeri ilə virtual tanış olmaq və seçim etmək imkanını əldə edəcək.

Xəzər Xəbər

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Video Xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar