Sosial şəbəkə istifadəçiləri DİQQƏT! "Kamera görüntülərinizlə sizi şantaj edib, porno video hazırlaya bilərlər"

Sosial şəbəkə istifadəçiləri DİQQƏT: “Kamera görüntülərinizlə sizi şantaj edib, porno video hazırlaya bilərlər”
Want create site? Find Free WordPress Themes and plugins.

“Sizi internetlə şantaj edib, pul istəyə bilərlər, aldanmayın!”

A24.Az xəbər verir ki, bunu Mediamark Agentliyininin təsisçisi, sosial media marketinqi sahəsinin mütəxəssisi Orxan Rzayev sosial şəbəkə istifadəçilərinin son zamanlar şantaj edilməsi ilə bağlı hadisələri şərh edərkən deyib.

O.Rzayev bir neçə gün öncə bir tanış adamın başına gələnləri də danışıb:

“Həmin tanış “Skype”la ingilis dili öyrənirmiş. Bir neçə dərsdən sonra emailinə hansısa Afrika ölkəsindən mesaj gəlib. Demək, “skype”la danışdığı görüntüləri yaddaşa yazıb, sonra o görüntüləri montaj edərək porno video hazırlayıblar. Emaillə həmin videonu adama göndərib deyiblər ki, filan hesaba 800 avro pul ödəməsəniz, bu videonu dostlarınıza göndərəcəyik, paylaşıb sizi işarələyəcəyik, biabır olacaqsız. Həmin adamlara ödəniş olunmadı, qoyduqları son tarixdən 3 gün keçib, amma paylaşmayıblar. Çox güman ki, yüzlərlə belə insanı adladıb hamısına eyni təzyiq edirlər, kim qorxub göndərsə, onu əldə edirlər”.

Mütəxəssis əlavə edib ki, tək Skype yox, “Facebook”a, “YouTube”a və ya başqa istənilən yerə yerləşdirdiyiniz videoları montaj edib bənzər videolar hazırlaya bilərlər:

“Yəni texniki cəhətdən mümkündür. Bu, mənim də, sizin hər birinizin də başına gələ bilər. Heç kəs sığorta olunmayıb. Amma bu o demək deyil ki, internetdə, sosial mediada fəaliyyətinizi dayandırın. Söhbət “şantaj”dan gedirsə, narahat olmağa dəyməz. Bir status yazmağınız, ətrafınızdakı insanları bu barədə məlumatlandırmağınız kifayət edər”.

Xüsusən  gənc xanımlara səslənən O.Rzayev belə hədə qorxular aldanmamağı tövsiyyə edib:

“Qətiyyən bu cür cinayətkarların hədə-qorxusuna aldanmayın, qorxmayın, onların dediyini qətiyyən etməyin! Belə hallarda aidiyyatı qurumlara müraciət edin (MTN, Kibercinayətkarlığa Qarşı Mübarizə İdarəsi), *1656-ya məlumat verin (Dövlət Təhlükəsizliyi Xidməti), IT sahəsində təcrübəsi olan şəxslərdən məsləhət alın, ailə üzvlərinizə məlumat verin”.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar