Şotlandiyada qadın polislərə baş örtüyünə icazə verildi

Şotlandiyada qadın polislərə baş örtüyünə icazə verildi
Want create site? Find Free WordPress Themes and plugins.

Şotlandiya polisi baş örtüyünü rəsmi formanın bir hissəsi olaraq qəbul edib.

A24.Az BBC-yə istinadən xəbər verir ki, Şotandiyada müsəlman qadın polislər daha əvvəllər ancaq rəislərinin icazəsi ilə baş örtüyündən istifadə edərdilər.

İndependent qəzetinin yazdığına görə, polis düşünür ki, bu qərar çox mədəni bir polis qüvvəsinin yaradılmasına kömək edəcək. Qərar “əvvəllər polisi karyera kimi görməyən müsəlman qadınları yeniden bu barədə düşünməyə sövq edə bilər”-deyə polis nümayəndələri bildirib.

London polisi də 2001-ci ildə fərqli etnik mənşəli insanları polis olmağa həvəsləndirmək üçün baş örtüyünün formanın “istəyə bağlı” bir hissəsi olduğunu bildirmişdi.

“Bu qərarımıza əməkdaşlarımızla yanaşı müsəlmanların və cəmiyyətin digər təbəqələrinin verdiyi dəstəyə görə minnətdaram. Digər qurumlar kimi biz də, polis qüvvəsində də bərabərlik hüququnu təmin etməyə çalışırıq”,-deyə Şotlandiyanın polis rəisi Phil Gormley qərarı açıqlayarkən qeyd edib.

Şotlandiya polisinin bu il dərc etdiyi hesabata görə, polis olmaq üçün edilən 4809 müraciətdən yalnız 129-u fərqli etnik mənşəli insanlardan daxil olub.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar